İstirahət günlərində 9 avtomobil qəzası olub - 5 ölü, 17 yaralı


Digərləri 23 İyl 2018 09:40:00 216 0

İstirahət günlərində 9 avtomobil qəzası olub - 5 ölü, 17 yaralı

2018-ci il iyul ayının 21-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bakı. Elçin Mehdiyev - 2018-ci il iyul ayının 21-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 172 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumatda qeyd olunur ki, respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 17 nəfər xəsarət alıb.