Bələdiyyənin istismarında olan ilk marşrut xətti üzrə ayda 15-16 min sərnişin daşınır (FOTO)


Digərləri 23 İyl 2018 09:46:17 255 0

Bələdiyyənin istismarında olan ilk marşrut xətti üzrə ayda 15-16 min sərnişin daşınır (FOTO)

Bələdiyyənin istismarında olan ilk marşrut xətti üzrə ay ərzində 15-16 min sərnişin daşınır.

Bakı. Bələdiyyənin istismarında olan ilk marşrut xətti üzrə ay ərzində 15-16 min sərnişin daşınır. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu yaxınlarda yeni təşkil edilən 152 nömrəli müntəzəm marşrut xətti Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirir. Zirə sakinlərinin və bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilən xəttin əsas özəlliyi onun bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrut olmasıdır.