Dəm çayını atmayın


Digərləri 23 İyl 2018 04:30:00 307 0

Dəm çayını atmayın

Qara çayın tərkibindəki amin turşuları, protein, flor, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir. Dəmlənmiş çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz. Son.az ailem.az-a istinadən qara çayın saçlara faydalarını sadalayır.

Saçı gücləndirir

Çay saçları gücləndirir, bərpa edir və qidalandırır. Tərkibindəki kafein saç tökülməsinə səbəb olan DHT hormonunun ifrazını azaltmağa kömək edir. Saçların yıpranmasının və qoparaq tökülməsinin qarşısını alır.

Saçı parıldadır

Çay saçın boğuq rəngini tamamən aradan qaldırır. Tərkibindəki polifinlər, C və E vitamini sayəsində saçı parladır və yumşaqlıq verir. Bundan başqa çayın tərkibindəki birləşmələr PH səviyyəsini tənzimləyir və saçın yağlanmasının qarşısını alır.