Daha ağıllı olduğunuzu göstərən


Digərləri 22 İyl 2018 22:35:00 314 0

Daha ağıllı olduğunuzu göstərən

Pis vərdişlərlə bağlı bir şey deyim. Pis vərdişlərin həddən artıq olması sizə zərər verir, kiçik dozada olması isə faydalıdır. Məsələn, pinti bir masada işləmək istəməyə bilərsiniz, ancaq üzəri azacıq dağınıq olan masa sizi daha yaradıcı edir. Ananızın, müəlliminizin və iş yoldaşınızın dediklərinin əksinə, sizin üçün faydalı ola biləcək 8 pis vərdişə bir göz ataq.

1) Ertələmək

Son.az moneta.az-a istinadən bildirir ki, yazıçı və professor Adam Grant ertələməklə bağlı düşüncəmizi bir az genişləndirməyimiz lazım olduğunu müdafiə edir. Ona görə nələrisə ertələmək sadəcə tənbəllik anlamına gəlmir, eyni zamanda, düzgün zamanı gözləmək olaraq da düşünülməlidir. Başqa sözlə, işlərinizi ertələmək yaradıcılığınızı artırmağa köməklik edə bilər. Çünki, işinizi ertələyərək, fikrinizi inkişaf etdirmək üçün özünüzə yeni bir şans verirsiniz.

2) Dırnaq yemək

Aparılan bir araşdırmaya görə, uşaqlıqda dırnaqlarını yeyən insanlarda alergiya olma ehtimalı azalır. Dırnaq yeməyin uzun müddətli pis nəticələri olmasa da, bu vərdiş dırnağın ətrafındakı dəriyə ziyan verərək sizi infeksiyaya qarşı daha həssas edir.

3) Gecikmək

Mütəmadi olaraq gecikmək şəxsi və professional münasibətlərinizə zərər verə bilər. Digər tərəfdən, gecikən insanların daha optimist olduğunu söyləyə bilərik, çünki hər zaman ən yaxşısını umar və gözləyərlər.

4) Şikayətlənmək

Kimsə mütəmadi şikayətlənərək ətrafındakı insanların gözündə pis görünmək istəməzlər. Aparılan son araşdırmalar, düşüncəli şəkildə şikayətlənən insanların daha xoşbəxt olduğunu ortaya qoyub.