“Microsoft” və “Walmart” “Amazon”, “Netflix”ə qarşı birləşdi


Digərləri 22 İyl 2018 22:25:00 281 0

“Microsoft” və “Walmart” “Amazon”, “Netflix”ə qarşı birləşdi

"Amazon"un, həm texnologiya, həm də pərakəndə satış baxımından dayanmadan böyüməsi hər iki sektorda olan şirkətləri narahat edir.

Son.az facemark.az-a istinadən bildirir ki, rəqibləri ilə mübarizə aparmaq istəyən "Microsoft" və "Walmart" güclərini birləşdirərək beş illik müqaviləyə imza atıblar.

"Walmart" "Microsoft"un infrastrukturundan istifadə edəcək

"Walmart" texnologiya şirkəti ilə olan əməkdaşlığını "Microsoft"un təşkil etdiyi "Inspire" tədbirində elan edib. Razılığa görə, "Walmart" "Microsoft"un bulud texnologiyasından faydalana biləcək. "Azure" və "Microsoft 365" servislərindən istifadə xaric, "Walmart"ın mexanika öyrənmə, süni intellekt, məlumat platformaları texnologiyalarında yeni layihələrə fokuslanacağı gözlənilir.