Nizami Rayon İcra Hakimiyyəti: "Qanunsuz tikintinin qarşısını aldıq" FOTO


Digərləri 22 İyl 2018 21:53:00 306 0

Nizami Rayon İcra Hakimiyyəti: "Qanunsuz tikintinin qarşısını aldıq"  FOTO

Bakının Nizami rayonunda, "Xalqlar Dostluğu" Ticarət Mərkəzi ilə "8-c kilometr bazarı" arasında ictimai zonanın kommersiya obyekti tikintisi üçün hasarlanması barədə xəbərimizə rayon icra hakimiyyətindən reaksiya veriblər.

Redaksiyamızla əlaqə saxlayan Nizami  Rayon iİra Hakimiyyətinin (RİH) nümayəndəsi bildirib ki, məsələni araşdırıblar və göstərilən ərazidə tikintinin aparılması üçün sənədlərin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verildiyi müəyyən edilib.

İcra hakimiyyətində həmçinin qeyd ediblər ki, tikinti işləri müvafiq qaydaların pozulması ilə aparılırdı. Buna görə Nizami RİH-in müdaxilədən sonra həmin tikinti dayandırıldı.

Bakının Nizami rayonunda daha bir ictimai ərazi kommersiya obyekti tikmək üçün hasarlanıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki,  "Xalqlar dostluğu" Ticarət Mərkəzi ilə "8-ci kilometr" bazarı (xalq arasında "Vasmoy bazarı" kimi tanınır) arasında əvvəllər yol kənarı park kimi abadlaşdırılmış, plitə döşənmiş və xırda kolların basdırıldığı təqribən 25-30 sotluq ərazidə hazırda dəmir konstruksiyalardan hasarlanma işləri aparılır. Bu ərazinin Nizami rayon İcra Hakimiyyəti tərəfindən kommersiya obyekti tikilmək üçün satıldığı bildirilir. Növbədə isə belə görünür ki, hazırda hasarlanan ərazi ilə "Vosmoy bazarı" arasında qalan yaşıllıq sahəsidir.


Xəbərə aid fotolar