Bu əməl sahiblərinə tövbə çox az hallarda qismət olur


Digərləri 22 İyl 2018 20:40:00 291 0

Bu əməl sahiblərinə tövbə çox az hallarda qismət olur

Tövbə Allah Təalanın insanlara bir lütfüdür. Allah tövbə vasitəsi ilə öz rəhmət və mərhəmətini bəndəsinə şamil edir. Günah və xəta insan övladının xilqətindəndir. Yəni insan ixtiyar sahibi və düşüncəsində sərbəst olduğu müddətcə onun xəta etməsi və səhv əməlləri olacaqdır (xass bəndələrdən başqa). Önəmli olan odur ki, insan nəticə çıxarmağı bacarsın. Ya öz əməllərindən, yaxud da başqalarının əməllərində özünü görməklə.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Allah Təalanın tövbə qapıları bəndələrinin üzünə daima açıqdır. Etdiyi əməllərin necəliyindən aslı olmayaraq Allah Təala həqiqi peşman olanı bağışlayır.

Amma elə işlər vardır ki, bunlar insanın nəinki, bağışlanmasına, hətta demək olar ki, tövbəyə müyəssər olmasına belə maneədir. Bu kimi işlər əsasən başqalarının haqqını qəsb etmək, abır aparmaq, valideynin üzünə ağ olmaq və sair kimi əməllərdir.

Böyük islam alimlərindən biri qeyd edir ki, ustadımdan soruşdum ki, hansı əməllər Allah Təala tərəfindən bağışlanılmır? Belə cavab vedi:

Ey oğul Allah şahiddir ki, indi insanlar abır aparmaqdan heç çəkinmirlər. Bir neçə günah var ki, Allah onları bağışlamır, hətta bu işi görənlər tövbəyə belə müyəssər olmurlar:

Birincisi namazı tərk etməkdir. (Bu iş insanı Allahdan və dinin hökümlərinə diqətli olmaqdan saxlayır. Nəticədə din onun nəzərində lazımsız olur).