Ən aşağı gəlir vergisi olan


Digərləri 22 İyl 2018 19:05:00 261 0

Ən aşağı gəlir vergisi olan

Ölkələr yalnız dilləri və mədəniyyətlər ilə fərqlənmirlər, eyni zamanda vergi sistemləridə fərqli olur. Buna görə bəzi ölkələr offshore olur, çünki vergi sistemi investorlar üçün daha əlverişli görünür və bu ölkələrin yuridiksiyasında pul qazanmaq daha sərfəlidir.

Son.az bizplus.az-a istinadən bildirir ki, investorların diqqətini çəkən mühim vergilərdən biri mənfəət vergisidi.

Dünyada ən aşağı gəlir vergisi olan 10 ölkə haqqında sizə məlumat verəciyik.

Kayman adaları

Ölkə daxilində gəlir vergisi 0% təşkil edir. Yəni ölkə vətandaşları gəlir vergisi ödəmirlər, dövlət gəlirinin yeganə mənbəyi müxtəlif yığımlar və rüsumlardır.

Ümumiyyətlə gəlir vergisi dərəcəsi ölkədən ölkəyə dəyişir və hansı ölkənin ən aşağı vergilərə malik olduğunu müəyyən etmək üçün bütövlükdə vergitutma sistemini müqayisə etmək lazımdır.

Bahamalar

Bahamalarda gəlir vergisi dərəcəsi 0% təşkil edir. Bununla yanaşı ölkənin vətandaşları dəyəri 50 min dollara kimi olan evlər,əmlak vergisindəndə azaddırlar.

Rüsumlar və tariflər dövlət gəlirinin əsas mənbəyidir.

3.Qvatamela

Qvatamelada fiziki şəxslər üçün gəlir vergisi 2008-ci ildəki 31%-lə müqaisədə 7% təşkil edir.

Lakin hüquqi şəxslər üçün bu vergi 25% təşkil edir, satışdan vergi isə-12%-dır.

4.Bolqarıstan

Bolqarıstanda fiziki şəxslərin üçün vergi dərəcəsi bütün gəlir növləri üzrə 10% təşkil edir

Hüquqi şəxslərin vergi dərəcəsi isə 10%-dir.

Boliviya

Burada mənfəət vergisi yalnız 13% təşkil edir, lakin bu rəqəm yanıltıcı ola bilər, çünki ölkədə vergitutmanın kompleks sistemi mövcuddur.

Belə ki, avtomobil, spirt və ya ətir kimi lüks əşyalar vergiyə cəlb olunur, dərəcəsi 18% -dən 50% -ə qədər dəyişir. Ölkədə ƏDV 13% təşkil edir.