Nazir: "Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb"


Digərləri 22 İyl 2018 14:05:00 259 0

Nazir: "Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb"

Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin media təmsilçilərini təbrik edən nazir bildirib ki, dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb.