Texasda təyyarə qəzaya uğradı: bütün sərnişinlər sağ qaldı


Digərləri 22 İyl 2018 04:28:00 256 0

Texasda təyyarə qəzaya uğradı: bütün sərnişinlər sağ qaldı

ABŞ-ın Texas ştatında kiçik "Douglas DC-3" təyyarəsi qəzaya uğrayıb.

Bakı. ABŞ-ın Texas ştatında kiçik "Douglas DC-3" təyyarəsi qəzaya uğrayıb. Trend-in Fox News teleşirkətinə istinadən verdiyi məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 13 nəfərin hamısı sağ qalıb. Qeyd olunur ki, sərnişinlərdən biri ciddi yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, daha 7 nəfər isə yüngül zədələr alıb.