Biz yatarkən beynimiz nə edir?


Digərləri 21 İyl 2018 21:55:00 288 0

Biz yatarkən beynimiz nə edir?

Həyatımızın üçdə birini yataraq keçirdiyimiz bir həqiqətdir. Fiziki sağlığımız üçün yuxu keyfiyyəti və norması yediyimiz qidalar qədər önəmlidir. Ancaq yuxuya niyə ehtiyacımızın olduğu hələ də tam aydın deyil.

Enerjimizi artırdığını, əhvalımızı yüksəltdiyini bilirik. Bəs bütün orqanlarımız yuxu zamanı dincələrkən beynimiz niyə hələ də çalışır? Elm adamları bunu araşdırıb.

Son.az saglamolun.az-a istinadən bildirir ki, yuxu zamanı bütün bədənimizin yavaşladığını bilirik. Beyin istisnadır. O, durmaq bilmir!  24 saat eyni sürətlə, eyni şəkildə çalışır.

Yuxumuzda qərar veririk

Beyin yuxu zamanı gün ərzində yaşadıqlarımızı təhlil edir və səhər oyandığımızda nə cür davranmağı artıq bilmiş oluruq. Araşdırmalar göstərir ki, yuxu zamanı işləməyə davam edən şüuraltı "qərar vermə" mexanizmi daha da sürətlənir.

Xatirələri gücləndiririk

Yuxu zamanı beyin o gün yaşadığmız hadisələrə şəkil verir. Hətta digər xatirələrlə birləşdirib ta uşaqlıq xatirələrinə qədər aralarında güclü bir bağ yaradır. Yeni məlumatları möhkəmləndirmək və sonra yaxşı xatırlamaq üçün yuxuya ehtiyacımız var. Gecə yatmadan əvvəl öyrəndiklərimizin səhər tezdən daha yaxşı yadımızda qalması da bununla bağlıdır. Ancaq imtahanla bağlı olaraq "səhərə qədər yatmadan oxuma" planı qurmadan əvvəl bir düşünün, yuxuya mütləq ehtiyacınız var.