İnanılmaz səhv etdilər, 28 kilo kokaini


Dünya 21 İyl 2018 21:57:00 298 0

İnanılmaz səhv etdilər, 28 kilo kokaini

Rusiya Federal Gömrük Xidməti və Federal Sərhəd Xidməti əməkdaşları Krasnodar diyarının Novorossiysk şəhərindəki limanda lövbər salan gəmidə kokain tapıblar.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 28 kiloqram kokain Ekvadordan gələn gəminin konteynerində tapılıb. Xüsusi xidmət orqanları dərhal kokainin alıcısı və satıcısını tapmaq üçün əməliyyata başlayıblar. Amma məlum olub ki, narkotik maddəni Rusiyada sifariş edən olmayıb.

Təhlükəsizlik orqanları müəyyənləşdiriblər ki, kokaini konteynerə 2 İsrail vətəndaşı yerləşdirib. Onlar Ekvador gəmisinin Hollandiyaya getdiyini güman ediblər. Hollandiyada narkotik maddəni gözləyənlər isə malı ala bilməyiblər.