Özbəkistan nüvə ölkəsinə çevrilir –


Dünya 21 İyl 2018 21:48:00 345 0

Özbəkistan nüvə ölkəsinə çevrilir –

Özbəkistanda Nüvə Enerjisi İstehsalı Agentliyi (OZATOM) qurulacaq.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Prezident Şavkat Mirziyoyev açıqlama verib.

Bununla bağlı sərəncam imzalayan dövlət başçısı nüvə (atom) enerjisindən xeyirxah məqsədlər üçün istifadə ediləcəyini bildirib.

Nazirlər Kabineti nəzdində fəaliyyət göstərəcək agentlik ölkədə nüvə enerjisi istehsalı, istifadə edilməsi, bu istiqamətdə dövlət siyasətinin müəyyən edilməsi və strateji hədəflərin müəyyənləşməsinə görə məsuliyyət daşıyacaq.