Mövsümi kənd təsərrüfatı məhsulları bahalaşıbmı?


Digərləri 21 İyl 2018 19:07:00 302 0

Mövsümi kənd təsərrüfatı məhsulları bahalaşıbmı?

Paytaxtın "Nəsimi" kimi tanınan bazarında əriyin kilosu 6 manatadır və satıcı heç cür qiymətdə güzəştə getmək istəmir.

Deyir, "mövsüm sonu olduğundan əriklə gilas bazara bir az baha "gəlir", ona görə də "aşağı yeri yoxdur".

"Bazarda bəzi mövsüm mallarında qiymət bahadır, adətən, bu vaxtlar bir az ucuzluq olardı", alıcılardan biri bazardakı qiymətlərdən şikayətlənir.

Sosial şəbəkələrdə daha çox qarpızın bahalaşmasından şikayətlər edilsə də, elə digər mövsümi mallar da qarpızdan geri qalmırmış.

Həmçinin oxuyun:

BBC News Azərbaycancanın müxbiri baş çəkdiyi bazar və marketlərdə mövsumi kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edib.

Məsələn, acı bibərin kilosu isə 3,50 manatdır. Pomidor və badımcan 2 manata qalxıb. Halbuki, bir müddət öncə onların qiyməti xeyli ucuz idi.

Pomidor və badımcan 2, şirin bibər 1,50 - 2.30, acı bibərin kilosu isə 3,50 manatdır.

Demək olar ki, hər yerdə mövsümi kənd təsərrüfatı məhsullarının qiyməti "göz qorxudur".

Əriyin kilosu 6 manata, qarpızın kilosu 1,20, yemiş isə 3 manatdan təklif olunur.

Alıcı Gülnarə İbrahimova deyir ki, bir müddət əvvəl qiymətlər nisbətən ucuz idi. İndi mövsüm meyvələri də bahadır:

"Əriyin kilosunu 5 manata aldım. Mövsüm meyvəsi niyə bu qədər baha olsun ki?! Gilası 2 manata aldım. O, bir az yaxşıdır yenə".

Alıcı Şəhla Qasımova deyir ki, keçən aydan bu yana kartofun qiyməti 20 qəpik bahalaşıb: "Pomidoru keçən ay 1 manata, xiyarı isə 0,50 - 0,80 qəpiyə alırdıq. Qarpız-yemişin də qiyməti qalxıb. Keçən ay 30-35 qəpiyə aldığımız qarpız bu ay 50-60 qəpikdir".

"Günəş yandırdı"