Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair tədbirlərin 31 faizinin icrası tamamlanıb


Digərləri 21 İyl 2018 17:39:35 246 0

Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair tədbirlərin 31 faizinin icrası tamamlanıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb

Bakı. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələri ictimaiyyətə açıqlanıb. Trend-in məlumatına görə, nəticələri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Rəşad Hüseynov şərh edib. Doqquz strateji hədəfdən ibarət olan bu Strateji Yol Xəritəsinin ümumi icra vəziyyəti 46 faizdir. 2017-ci il üzrə nəzərdə tutulan tədbirlərin 31 faizinin icrası tamamlanıb, 29 faizi qismən icra edilib və 40 faizi icra edilməyib. ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi yuxarıda qeyd edilən yol xəritəsinin birinci strateji hədəfidir və müvafiq dövr ərzində bu hədəf çərçivəsində nəzərdə tutulmuş tədbirlərin 69 faizi icra edilib, 16 faizi qismət icra edilib və 15 faizi icra edilməyib. Bu strateji hədəf üzrə Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması ilə əlaqədar təkliflər hazırlanıb. Eyni zamanda, ərzaq məhsulları ilə təchizatın dayanıqlılığı baxımından risklərin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib və ərzaq təhlükəsizliyinin monitorinqinin aparılması qaydalarının layihəsi hazırlanıb. Ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsalı potensialının qiymətləndirilməsi məqsədilə ölkədə ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsal, idxal və ixrac göstəriciləri təhlil edilib və gələcək üçün proqnozlar hesablanıb. Bunlarla yanaşı, ölkədə qida təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Qeyd edilib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin ikinci strateji hədəfi olan kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması hədəfinin icra səviyyəsi belə olub: 35 faiz tam icra, 24 faiz qismən icra və 41 faiz icra edilməyib. İnkişaf etmiş meyvəçilik və üzümçülük təsərrüfatlarının yaradılması üçün bu sahələr üzrə elmi əsaslandırılıb ixtisaslaşma tələb edildiyini nəzərə alaraq, respublika ərazisində üzümçülüyün və meyvəçiliyin inkişafı məqsədilə 10 təbii iqtisadi zona, bu zonalarda becərilməsi üçün müvafiq rayonlaşdırılıb və perspektivli meyvə və üzüm sortları və istehsal olunan şərab məhsulunun növləri müəyyən edilib. İstehsalçılar tərəfindən emal müəssisələrinə təhvil verilən pambıq, barama və tütün məhsulunun həcminə görə subsidiya verilməsinə başlanılıb. Kənd təsərrüfatı kooperativlərinin yaradılması və qeydiyyatı prosedurlarının sadələşdirilməsi üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi baxımından müxtəlif ölkələrin təcrübələri araşdırılıb, habelə kənd təsərrüfatı kooperasiyası ilə bağlı mövcud qanunvericiliyin monitorinqi aparılıb. Adıçəkilən Strateji Yol Xəritəsində üçüncü strateji hədəf - Maliyyəyə çıxışın asanlaşdırılması üzrə tam icra 41 faiz, qismən icra 16 faiz olub. 43 faiz tədbir isə icra olunmayıb. Bu hədəf çərçivəsində kənd təsərrüfatında yeni kredit məhsulları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb və eyni zamanda, ölkənin kənd təsərrüfatı sektorunda riskin qiymətləndirilməsi üzrə ilkin təhlillər aparılıb. Bununla yanaşı kənd təsərrüfatı sığortası üzrə qanun layihəsi hazırlanıb, sığorta hadisələri reyestrinin hazırlanması sahəsində beynəlxalq təcrübə öyrənilıb, ölkədə sığorta bazarının mövcud vəziyyəti beynəlxalq ekspertlərlə birlikdə təhlil edilıb. Aqrar sığorta sisteminin təkmilləşdirilməsi məqsədilə dünyada mövcud olan aqrar sığorta modelləri və ölkədə sığorta fondunun yaradılması imkanları araşdırılıb. Qeyd edilən yol xəritəsinin dördüncü hədəfi - Kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və xidmətlərlə təminatın yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirləri özündə ehtiva edir. Bu hədəfin 2017-ci ilə aid hissəsinin 36 faizi icra edilib, 25 faizi qismən icra edilib və 39 faizi icra edilməyib. Hədəf üzrə nəzərdə tutulmuş tədbirlərdən kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqı, icarə və istifadəyə verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, habelə kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müvafiq mexanizmlərin tətbiqi sahəsində beynəlxalq təcrübə araşdırılıb və mövcud qanunvericiliyin monitorinqi aparılıb. Su ehtiyatları, suvarılan torpaq sahələrinin və suvarma suyuna tələbatın ödənilməsi vəziyyəti öyrənilib. Ölkənin kənd təsərrüfatı texnikası parkının davamlı olaraq yenilənməsinin təmin edilməsi məqsədilə texnika parkının mövcud vəziyyəti təhlil edilib. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı və ilkin emalı üzrə kiçik və orta təsərrüfat subyektlərinin kiçikhəcmli texnikaya, maşın və avadanlıqlara olan ehtiyaclarını öyrənmək məqsədilə respublikanın rayonları üzrə yerlərdə sorğular keçirilib. Toxumçuluq haqqında yeni qanun layihəsi işlənib hazırlanıb.