Salyanda kişi meyiti tapıldı


Digərləri 21 İyl 2018 09:28:00 286 0

Salyanda kişi meyiti tapıldı

Salyanda meyit tapılıb.

Son.az report-a istinadən xəbər verir ki, kişi meyiti bu gün səhər saatlarında şəhərin Ağa Mirbağırağa küçəsində aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə aparılıb. Cəsədin şəhər sakini Emin Rzayevə məxsus olduğu bildirilir.