Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq


Dünya 21 İyl 2018 09:15:00 315 0

Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın şəxsi cangüdəni general-mayor Vaçaqan Kazaryan 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bu ilin iyunun sonunda qeyri-qanuni varlanma və bəyannamələrdə yalan məlumatların təqdim edilməsi ittihamları ilə həbs edilən general Kazaryan məhkəmənin qərarı ilə girov müqabilində azadlığa buraxılacaq.  

"Ermənistan Apelyasiya Məhkəməsi vəkilin Vaçaqan Kazaryanın 1 mlrd. dram (2 mln. dollardan çox) girov müqabilində azadlığa buraxılmasına dair vəsatətini təmin edib. Müstəntiq etiraz etməyib", - deyə məlumatda bildirilir.

V.Kazaryan girovu ödədikdən sonra azadlığa buraxılacaq.