Meksikada avtobus qəzası: ölənlər və yaralananlar var


Dünya 21 İyl 2018 08:43:00 255 0

Meksikada avtobus qəzası: ölənlər və yaralananlar var

Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "France-Presse" məlumat yayıb.

Məlumata görə, hadisə Ektepek şəhəri yaxınlığında, magistral yolda baş verib. Yüksək sürətlə hərəkətdə olan avtobusun yük avromobili ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb, daha 7 nəfər yaralanıb.