Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 20 İyl 2018 23:18:00 262 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da 74,64 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,5 dollar dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da 73,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,51 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 19-da 70 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,39 dollar/barel çoxdur.