Dünyanı idarə edən milyarderlərin içdikləri "and"ın İNANILMAZ SİRRİ: Vladimir Potanin və... FOTO


Digərləri 20 İyl 2018 22:53:00 351 0

Dünyanı idarə edən milyarderlərin içdikləri "and"ın İNANILMAZ SİRRİ: Vladimir Potanin və...  FOTO

2010-ci ildə "Microsoft"un banisi Bill Qeyts, onun arvadı Melinda və maliyyəçi Uorren Baffet milyarderlər arasında səxavət standartlarını müəyyənləşdirən - "Bağışlama Andı" (Giving Pledge) adlı ortaq kampaniyaya start verir. Bu kampaniyanın məqsədi ondan ibarətdir ki, milyarderlər səxavət nümayiş etdirərək sərvətinin yarısından çoxunu xeyriyyə təşkilatlarına verməlidir.

Son.az xəbər verir ki, təşkilatın təsisçiləri özləri də radikal çıxışlar edib. Belə ki, Bill Qeyts sərvətinin 95 faizini - 77,3 milyard dollarını, Uorren Baffet isə öz sərvətinin 99 faizini - 66,7 milyard dollarını ianə bağışlayıb. Qeyts və Baffet "Milyarderlər klubu" nun ilk üzvləri ilə şəxsən görüşərək onları da bu qəhrəmanlığı təkrarlamağa dəvət edib.

Maraqlıdır ki, "Bağışlama andı" hüquqi deyil, yalnız mənəvi öhdəlikdir. Xeyriyyəçi şəxs fondların dəstəklədiyi xeyriyyə proqramını seçməkdə sərbəstdir. Böyük pullarla dərhal ayrılmaq zəruri deyil: onları sağlığında vəsiyyət etmək və ya paylamağa başlamaq olar. "Bağışlama andı" heç bir əlavə müqavilələrə tabe olmur. Xeyriyyəçi öz hərəkətinin motivləri izah edən məktub yazır. Bundan sonra onu "Milyarderlər klubun" "givingpledge.org" saytında - dərc edirlər.

Bütün bunların nə qədər nəcib və xeyirxah əməl olmasına baxmayaraq, tənqid edənlər həmişə tapılır. İddia edilir ki, "Bağışlanma Andı" vergi yükünü azaltmaq üçün düşünülmüş kampaniyadır. Yeri gəlmişkən, əksər ölkələrdə xeyriyyə ilə məşğul olan fondlar vergiyə cəlb edilmir.

Daha bir kritik ssenariyə görə, "And" öz brendinin tanınması və statusun artırılması məqsədi güdür.

Digər versiyaya əsasən milyarderlərin xeyriyyə fondu adı altında ayırdıqları milyardlar hansısa gizli təşkilatlara ötürülür.

Hazırda 22 ölkədən 183 nəfər milyarder sərvətinin yarısını "Bağışlama Andı"na verib. Onlardan bir qismi birlikdə mülk sahibi olan cütlüklərdir və hamısı - milyarderlərdir. "Forbes"in məlumatlarına əsasən, dünyada 2043 milyarder olduğunu nəzərə alsaq, qazandıqlarını qaytarmaq istəyənlər elə də çox deyil. Amma onların sayı hər il artır - onunla birlikdə xeyriyyəçiliyə xərclənən ümumi məbləğ də.

2018-ci ilin iyununa olan məlumata görə, ianələrin ümumi məbləği 735,66 milyard dollar təşkil edib.

"Bağışlama Andı" siyahısında iki rus milyarderin adı çəkilir: Vladimir Potanin və Yuri Milner. İkinci 2012-ci ildə Rusiyadan gedib. O, hazırda Kaliforniyada yaşayır və dünyanın ən iri sərmayə şirkətlərinin - "Facebook", "Twitter", "Spotify Xiaomi", "Alibaba", "Airbnb" və "Whatsapp"ın cəmləndiyi Silisium vadisində çalışır.

Yuri Milner and məktubunda yazıb ki, öz sərvətinin böyük hissəsini elm və təhsil sahəsinə sərmayə qoymağı davam etdirəcək, "Forbes" jurnalının hesablamalarına görə, onun sərvəti 3,7 milyard dollar təşkil edir. Vladimir Potaninanin sərvəti isə 2018-ci ildə 15,9 milyard dollar qiymətləndirilib.

Bəxşiş verənlərin siyahısında İlon Mask, Corc Lukas və Mellodi Hobson, Riçard Coan Brenson, Mark Zukerberq və Prisçilla Çan, ukraynalı maqnat Viktor Pinkçuk, Riçard və Nensi Marriott, həmçinin Devid Rokfeller kimi milyarderlərin adları çəkilir.

Xeyriyyəçilərin əksəriyyəti amerikalılardır. Bu da təəccüblü deyil, axı milyarderlərin çoxu orada yaşayır. İkincisi isə, Bill Qeyts və Uorren Baffetlə şəxsi tanışlıq onların yolu ilə getməyə sövq edir. Onlar təcrübələrini və fikirlərini bölüşmək üçün ildə bir dəfə bir araya gəlirlər.

Bu fonda qoşulmaq üçün hesabınızda 1 milyarddan az vəsait olmamalı və onun yarısını bağışlamağa hazır olmalısınız. Şübhəsiz ki, şərtlərlə hamı razılaşmır. Məsələn, mərhum xeyriyyəçi Robert Uilson "And içmək" istəməyib. O, Qeytsə məktubunda yazıb ki, milyarderlərə ümumiyyətlə, dözə bilmir və öz pullarını sağlığında paylaya bilməz.

"Bağışlama Andı"nın təsisçisi Bill Qeyts, məlum olduğu kimi, uzun illər "Forbes"in tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısına rəhbərlik edib. Uorren Baffet isə siyahının ikincisi idi. Amma bu il "Amazon" sahibi və yaradıcısı Cef Bezos onları keçib. Və o, Qeytsin klubuna hələ də üzv olmağa tələsmir.

Cef Bezosun Amerikada yaşayan qeyri-leqal immiqrant uşaqlarını himayə edən xüsusi "Thedream.Us" layihəsi var. Ştatlarda onları "xülyaçılar" (dreamers) adlandırırlar və onların ölkədə qalmaq hüququ var, yalnız bir şərtlə ki, qanun pozuntularına yol verməyəcəklər. Lakin Trampın hakimiyyətindən sonra belə uşaqların bir hissəsi məhkəmə və istintaq olmadan deportasiya edilib.


Xəbərə aid fotolar