Bakıda ağacları niyə doğrayırlar? VİDEO


Digərləri 20 İyl 2018 21:54:00 278 0

Bakıda ağacları niyə doğrayırlar?  VİDEO

Bakı şəhərinin bütün rayonlarında qurumuş və təhlükə yaradan ağacların kəsilərək daşınmasına başlanılıb.

Son.az bildirir ki, Nəsimi rayonu ərazisində yerləşən Zorge parkının həm içərisində, həm də parkın yolun kənarına olan hissəsində təhlükəli vəziyyətdə olan ağaclar kəsilib. Məqsəd parkadan və yolda istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etməkdir.

Binəqədi rayonu Atatürk prospektində də yolun kənarında və həmin ərazidə yerləşən dayanacağın üzərində qəzalı vəziyyətdə olan ağaclar kəsilib.

Bütün işləri isə Bakı şəhər Yaşıllaşdırma Təsərrüaftı Birliyinin əməkdaşları həyata keçirirlər.