Azərbaycanlı teleaparıcı: "Toyumda narahat idim, çünki..." FOTO


Şou-biznes 20 İyl 2018 21:12:00 402 0

Azərbaycanlı teleaparıcı: "Toyumda narahat idim, çünki..."  FOTO

Teleaparıcı Murad Əzimzadənin Son.az-a müsahibəsi.

- Murad, bu yay bir çoxlarından fərqli olaraq istirahət etmədiniz. Hələ yorulmamısınız?

- Mən işləyə-işləyə istirahət edirəm. İşimdən zövq alıram, bu istirahətə bərabərdir.

- "Atv kulis"-lə sağollaşdınız, yoxsa?

- Ən azı 3 ay sağollaşmışıq. "Atv kulis"in müəllifi, layihə rəhbəri, aparıcısı olaraq yeni mövsümlə bağlı qərar verməmişik.

- Yəqin ki, düşündüyünüz nələrsə var...

- Düşündüyüm, icra etmək istədiyim, arzuladığım çox layihələr, işlər var. Qismət, görək necə olur.

- Çəkildiyiniz "Ögey ana" serialı bitdi. Yeni bir serialdan dəvət gəlib?

- Bu mövsümdən qismət olsa, yeni serial həm istehsal edəcəyik, həm də istehsal edəcəyimiz serialda rolum olacaq. Deyilənə görə aktyorluq pis alınmır (gülür).

- Ümumiyyətlə, böyük sənətkarlardan oyununuz haqda rəy alırsınız?

-Yaxın günlərdə xalq artisti Nurəddin Mehdixanlı yanımda rejissor dostum Ramil Ağasıyevə film üçün maraqlı sima olduğumu qeyd etmişdi. Tərif eşitməyi əslində sevmirəm.

- Bəs maraqlıdır, siz kimləri tərifləyirsiniz?

- Tərifə layiq olanı tərifləyib, həmin adama stimul vermək lazımdır.

- Həyatda stimul mənbəyiniz nədir?

- Stimulum tamaşaçı sevgisidir. Yaxşı alınan layihələrimdir stimulum.

- Murad, bəzən instaqram səhifənizdə xanımınızla paylaşımlarınızı görürük. Şəxsi həyatınızı gizlədən məşhurlardan deyilsiniz. Bundan xanımınız və ailəniz narahat olmur ki?

- Nadir hallarda 3-4 şəkil paylaşmışam. Əslində narahat olurlar. Bəlkə də haqlıdırlar. Amma mən narahatlıq keçirmirəm.