Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb


Digərləri 20 İyl 2018 19:47:00 523 0

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Bakı. İlhamə İsabalayeva - Bu gün transfer.edu.az portalı vasitəsilə həyata keçirilən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, sözügedən prosesə iyulun 5-də start verilib. Portala müraciət etmiş tələbələr köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malik olublar. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdiriblər.