Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub


Digərləri 20 İyl 2018 18:22:00 181 0

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub

Qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən Hacıqabul rayon sakini F.Şahsuvarov saxlanılıb

Bakı. Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub. DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 19-da Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovaya bıçaqla xəsarət yetirib.