İxracatçılar Klubunun növbəti iclası keçirilib


Digərləri 20 İyl 2018 16:56:00 241 0

İxracatçılar Klubunun növbəti iclası keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə müsabiqə yolu ilə seçilmiş tikinti məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-ə yaxın şirkətin nümayəndələri iştirak edib. İclasda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev iqtisadiyyatın şaxələnməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu, sahibkarlığın qeyri-neft sektorunun inkişafında aparıcı rol oynadığını vurğulayıb. Bildirilib ki, “Made in Azerbaijan” brendinin təşviqi istehsalın artırılması, ixracın coğrafiyasının və həcminin genişləndirilməsində əsas rol oynayan mexanizmlərdəndir.