Bakıda gəlinini hamamda qonşu ilə tutan və öldürən kişidən


Digərləri 20 İyl 2018 15:00:00 242 0

Bakıda gəlinini hamamda qonşu ilə tutan və öldürən kişidən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası davam etdirilir.

Xatırladaq ki, dəhşətli qətl hadisəsi ilə ötən il baş verib. Seyidmalik Məmmədov gəlinini qətlə yetirib.

1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə özü təslim olub.