“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin ilk yarımilliyinin hesabatını verib (FOTO)


Digərləri 20 İyl 2018 12:25:00 348 0

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin ilk yarımilliyinin hesabatını verib (FOTO)

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin ilk yarımilliyinin hesabatını verib

Bakı. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin ilk yarımilliyinin hesabatını verib. ASC-dən Trend-ə verilən məlumata görə, ilin ilk altı ayı ərzində dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 173 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib. Məlumatda deyilir ki, həmin təkliflər üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra 241 istehsalçı və satıcı ilə müqavilə imzalanıb. Nəticədə bu ilin ilk 6 ayı ərzində bu istehsalçı və satıcılardan 28 min ton, dəyəri 52 milyon manat olan kənd təsərrüfatı və ərzaq məhsulları tədarük olunaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına məxsus 1934 təchizetmə nöqtəsinə çatdırılıb.