Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanına qeydiyyat başa çatır


Digərləri 20 İyl 2018 10:14:23 199 0

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat başa çatır.

Bakı. Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 21 iyul tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.