Sorğu: Respublikaçıların əksəriyyəti Trampın Helsinki sammitində mövqeyini alqışlayır


Digərləri 20 İyl 2018 06:14:00 269 0

Sorğu: Respublikaçıların əksəriyyəti Trampın Helsinki sammitində mövqeyini alqışlayır

Respublika partiyasının əksəriyyəti (79%) ABŞ prezidenti Donald Trampın Helsinkidə Rusiya prezidenti Vladimir Putin ilə mətbuat konfransında görüşdə mövqeyini alqışlayır

Bakı. Respublika partiyasının əksəriyyəti (79%) ABŞ prezidenti Donald Trampın Helsinkidə Rusiya prezidenti Vladimir Putin ilə mətbuat konfransında görüşdə mövqeyini alqışlayır. Trend-in məlumatına görə, bunu "Axios" internet-portalı və "Survey Monkey" tədqiqat xidmətiinin keçirdikləri sorğunun nəticələri göstərir. Sorğunun nəticələrinə əsasən, özünü respublikaçı sayan şəxslərin 79 faizi D.Trampın görüşdə mövqeyini "tam alqışlayıb", 18 faizi isə pisləyib. Ozlərini müstəqil sayan şəxslərin 33 faizi prezidenti dəstəkləyib, 62 faizi pisləyib. Demokratlar partiyasının yalnız 7 faizi Trampı dəstəkləyib, 91 faizi isə pisləyib.