Haqqunnas, hətta Haqqullahı da qabaqlaya bilir


Digərləri 19 İyl 2018 23:40:00 342 0

Haqqunnas, hətta Haqqullahı da qabaqlaya bilir

Haqqun-nas o qədər mühüm mövzudur ki, hətta bəzən Haqqullahı belə qabaqlaya bilir. Misal üçün əgər borc aldığın insan gəlib desə ki, pulumu qaytar, sən gərək namazını kəsib onun pulunu geri qaytarasan. Bir halda ki, namaz - Haqqullahdır, ancaq borc haqqun-nasdır. Əvvəl gərək dinə əməl edəsən, sonra namaz qılasan. Əgər kimsə bir başqasının malını tələf edərsə, gərək ondan halallıq alsın.

Son.az deyerler.org-a istinadən bildirir ki, hər kim zorla başqasının malını qəsb edər, ya hətta növbəsi olmadığı halda başqasının növbəsinə girər - haqqun-nas etmiş olar. İmam Sadiq (ə) buyurur ki, hər kim bir başqasından borc alar və niyyəti onu qaytarmamaq olarsa - həmin adam oğrudan başqası deyildir.

Haqqun-nasın başqa bir növü insanların canına ziyan vurmaqdır. Çünki Allah buyurur ki, insanların qanı dəyərlidir. Əgər kimsə kimisə haqsız yerə döysə, haqqun-nas olacaqdır. Misal üçün, əgər ər öz xanımını haqsız yerə döyərsə, o zaman haqqun-nasa girər.