Yanıqda ilk müdaxilə necə olmalıdır?


Digərləri 19 İyl 2018 22:20:00 223 0

Yanıqda ilk müdaxilə necə olmalıdır?

Hər insanın qarşılaşa biləcəyi yanıq bədəndə böyük zədələrə yol aça bilər. Yanıq vəziyyətində edilən səhv tətbiqlər isə, yanığın yanında başqa sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər, yanıq hadisələrində ən ideal ilk müdaxilənin, yanığın olduğu bölgəyə kran suyu ilə ağrı keçənə qədər yuyulmasını tövsiyə edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, maye yanıqlarında paltarların dərhal çıxarılması, alov yanıqlarında isə yanan mühitdən uzaqlaşılıb oksigenli yerə çıxmaq həyatı xilas edəcəyini, elektrik yanıqlarının çox təhlükəli olduğunu və əvvəlcə elektriklə təmasın kəsilməsinin zəruri olduğunu bildirən mütəxəssislər belə dedilər: "Yanan xəstənin qaçaraq xilas olmağa çalışması təbii refleksdir, amma bu, xəstəyə çox ciddi çətinlik verə bilər. Elə bir vəziyyətlə qarşılaşıldığında dərhal yerə yatıb yaş bir bezlə ya da xəstənin özünü yerdə çevirərək bu vəziyyətdən çıxması, həyatını xilas edəcək.