Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb


Digərləri 19 İyl 2018 22:06:00 308 0

Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb

Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyəti üzrə hesabatda deyilir.

Qeyd olunur ki, Bakıda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılmasına dair məlumatlar əsasında Astara, Xaçmaz, Qazax rayonu və Yevlax şəhərində logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb. Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması və onların idarəolunma mexanizminin müəyyən edilməsi istiqamətində Qazaxıstan, Belarus, Türkiyə və Almaniyanın təcrübələri araşdırılıb.

Bildirilir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı logistika qovşağının yaradılması istiqamətində bir sıra tədbirlər icra edilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında "Terminal 1" yeni aerovağzal kompleksi istismara verilib. 2017-ci ildə 12 yeni xarici aviaşirkət uçuşları həyata keçirməyə başlayıb.