Paşinyan Avrokomissiyanın başçısını kabab yeməyə dəvət etdi


Dünya 19 İyl 2018 21:47:00 248 0

Paşinyan Avrokomissiyanın başçısını kabab yeməyə dəvət etdi

Rusiyalı məşhur prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Leksus) özlərini Ermənistanın baş naziri Nikol Paşinyan kimi təqdim edərək, Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə beynəlxalq vəziyyəti müzakirə ediblər, eyni zamanda onu Yerevana kabab yeməyə dəvət ediblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki,bundan savayı, prankerlər Avropa diplomatiyasının rəhbəri Federika Mogerini ilə də söhbətləşiblər. Söhbətlərin məzmununa görə, onlar Paşinyanın baş nazir seçilməsindən az sonra baş tutub.

Yunkerlə söhbət zamanı Vovan və Leksus ABŞ tərəfindən göstərilən təzyiqdən şikayətləniblər. Buna cavab olaraq avropalı məmur deyib ki, "biz dönə-dönə Trampa dünyanın necə qurulduğunu başa salmağa çalışırıq".

"O, nələrin baş verdiyini anlamır. Biz əmin olmalıyıq ki, o, Ermənistanda baş verənləri daha yaxşı başa düşməyə başlayacaq. Hər şey yaxşıdır. Uğurlar!" - Yunker bildirib.

Pranker həmçinin Avrokomissiyanın başçısını Yerevana dəvət edib və əlavə edib ki, "burada əla erməni barbeküsü hazırlanır və bizdə ona "kabab" deyirlər". Vovan və Leksus Yunkerə kababı Yerevanda meydanda hazırlamağı və "mitinqəbənzər" tədbir keçirməyi təklif ediblər.