Kürdəmirdə evdən oğurluq edən şəxs saxlanılıb VİDEO


Digərləri 19 İyl 2018 21:06:00 235 0

Kürdəmirdə evdən oğurluq edən şəxs saxlanılıb  VİDEO

Kürdəmirdə həmyerlisinin evindən oğurluq edən şəxs saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əməliyyatı Kürdəmir polisi keçirib. Rayon sakini Simuzər Bağıyeva polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, bu il iyulun 7-dən 11-dək Bakı şəhərində olub. Yaşadığı ünvana qayıtdıqda isə görüb ki, evdə olan noutbuk və süvenir qılınc oğurlanıb. Məhəmməd Məmmədov tutularaq istintaqa cəlb edilib. Evdən oğurladığı noutbuk və süvenir qılınc da Məhəmməd Məmmədovun satdığı şəxslərdən alınaraq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.