Bu ilin I yarısında Azərbaycanda 20 nəfər iş yerində dünyasını dəyişib


Digərləri 19 İyl 2018 19:48:00 263 0

Bu ilin I yarısında Azərbaycanda 20 nəfər iş yerində dünyasını dəyişib

Bu ilin I yarısında Azərbaycanda istehsalat prosesində 71 bədbəxt hadisə baş verib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev məlumat verib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 20 nəfər vəfat edib.

Ən çox bədbəxt hadisə tikinti sektorunda qeydə alınıb.