Ukraynada Azərbaycan diaspor təşkilatları birləşdi (FOTO)


Digərləri 19 İyl 2018 19:22:00 275 0

Ukraynada Azərbaycan diaspor təşkilatları birləşdi (FOTO)

Ukrayna azərbaycanlıları Konqresi ilə Ukrayna azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul edib və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradılıb.

Bakı. Ukrayna azərbaycanlıları Konqresi ilə Ukrayna azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul edib və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bununla bağlı diaspor təşkilatları geniş müzakirə aparıb, birləşmək qərarına yekdilliklə səs verilib və birgə fəaliyyətin mexanizmləri müzakirə edilib. Diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb. İşçi qrup Ukrayna azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birləşmənin vacib olduğunu bildiriblər. Verilən məlumata görə, artıq Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin