Özoral: Türkiyə XİN rəhbərinin Azərbaycana səfərinin dəqiq tarixi yaxın günlərdə məlum olacaq


Digərləri 19 İyl 2018 18:30:00 262 0

Özoral: Türkiyə XİN rəhbərinin Azərbaycana səfərinin dəqiq tarixi yaxın günlərdə məlum olacaq

"Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar hazırlıqlar gedir".

Bakı. Elçin Mehdiyev - "Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar hazırlıqlar gedir". Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. O bildirib ki, səfir Türkiyədə keçirilən seçkilərdən sonra ilk rəsmi səfərini həyata keçirmiş olacaq: "Səfərin dəqiq tarixi yaxın günlərdə məlum olacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin