Taxıl sahəsinə qəsdən od vurmaqda şübhəli bilinən şəxs saxlanıldı


Digərləri 19 İyl 2018 17:05:00 255 0

Taxıl sahəsinə qəsdən od vurmaqda şübhəli bilinən şəxs saxlanıldı

Bu gün saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində taxılı biçilmiş 20 hektar sahə yandırılıb.

DİN-in Mətbuat xidmətindən Son.az-a bildirilib ki, dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.