Azərbaycanlı müğənninin oteldə başına iş gəldi


Digərləri 19 İyl 2018 15:26:00 268 0

Azərbaycanlı müğənninin oteldə başına iş gəldi

"5/5" komandası bir neçə yerli məşhurla birgə yay çəkilişləri üçün Antalyaya yollanıb.

Son.az xəbər verir ki, sözügedən səfər zamanı müğənni Nadir Qafarzadənin başına iş gəlib. Zamiq Hüseynovla birgə əyləşdiyi avtomobildən düşərkən telefonunu maşında unudan Nadiri müğənni həmkarı əməlli-başlı həyəcanlandırıb.

Telefonunun yoxa çıxdığının fərqinə varan Nadir Qafarzadə itən əşyasının dərhal tapılması üçün otel işçilərini bir-birinə "qatıb". Vəziyyətin getdikcə kritikləşdiyini görən Zamiq Nadir Qafarzadənin telefonunu özünə qaytarıb.

Sözügedən səfərdə olan məşhurlardan Namiq Qaraçuxurlu Nadir Qafarzadənin səsinə yuxudan ayıldığını deyib.