İmtahanların nəticələri 2 günə elan ediləcək


Digərləri 19 İyl 2018 15:17:00 286 0

İmtahanların nəticələri 2 günə elan ediləcək

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri 2 günə elan ediləcək.

Bu barədə Son.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində>"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Sual kitabçaları" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)