Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz işə başlayıb


Digərləri 19 İyl 2018 15:18:00 307 0

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz işə başlayıb

Dünya tarixçilərinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb.

Bakı. İlhamə İsabalayeva - Dünya tarixçilərinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb. İnstitutdan Trend-ə verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov Elmi Şuranın iclasında deyib. Y.Mahmudov bildirib ki, soyqırımla bağlı əlaqələndirmə mərkəzinin yaradılması barədə qərar “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları və deportasiyalar” mövzusunda Qusarda keçirilən V Beynəlxalq elmi konfransda qəbul olunub: