"XəzərLənkəran"ın kapitanı: "Payızdan Rusiya çempionatında çıxış edəcəyik" FOTO


Digərləri 19 İyl 2018 14:36:00 281 0

"XəzərLənkəran"ın kapitanı: "Payızdan Rusiya çempionatında çıxış edəcəyik"  FOTO

"Burdan bütün "Xəzər-Lənkəran" fanatlarına səslənirik. Bizə dəstək olduqları üçün onlara təşəkkür edirik! Qoy elə daim yanımızda olsunlar. Biz də söz veririk ki, onları gözəl oyunumuz və qələbələrimizlə sevindirəcəyik. Lənkəranımızın və Azərbaycanımızın adını her yerdə uca edək - bu formanı geyinən hər kəs bunun üçün meydanda sonadək mübarizə aparmalı, hətta vuruşmalı və onun haqqını verməlidir".

Bunu Son.az-a açıqlamasında Rusiyanın paytaxtı Moskvada yeni yaradılan "Xəzər-Lənkəran" komandasının kapitanı Elnur Babayev bildirib.

Onun sözlərinə görə, komandanın yaradılmasında məqsəd Azərbaycanı Rusiyada layiqincə təmsil və təbliğ etməkdir: "Moskvadakı "Xəzər-Lənkəran" futbol komandası mən və yaxın dostum Ruslan Hüseynov tərəfindən yaradılıb. Mən özüm - Babayev Elnur Siyavuş oğlu Lənkəran rayonunun Boladi kəndində doğulmuşam. Dostum Hacıyev Ruslan Roman oğlu isə Masallının Mahmudavar kəndindəndir. Məqsədimiz burda Azərbaycanımızı layiqincə təmsil etmək və tanıtmaqdır. Çalışırıq biz də ölkəmiz, vətənimiz üçün əlimizdən gələni, bacardığımı edək. İnanırıq ki, bu yolda uğurlar qazanacağıq".

“Xəzər Lənkəran” yenidən yaradıldı - Bu dəfə Moskvada E.Babayev qeyd edib ki, qarşılarına böyük məqsədlər qoyan komanda payızda Rusiya çempionatında çıxış etməyi planlaşdırır: "Hələlik əsas komandamız təlim-məşq toplanışındadır. İkinci komandamız isə "Urban Cup" Kuboku uğrunda mübarizə aparır. İki oyun keçirmişik. İlk oyunda 5-0, ikinci oyunda isə 2-0 hesabı ilə qələbə qazanmışıq. "Xəzər-Lənkəran" 7 komandanın çıxış etdiyi "B" qurupunda 6 xalla hələlik ilk pillədədir. Məqsədimiz kuboku qazanmaq və daha sonrakı planlarımızın icrasına daha yaxşı əhvali-ruhiyyədə başlamaqdır. Qarşımıza böyük məqsədlər qoymuşuq. İnşallah, sentyabrdan bizi Rusiya çempionatı gözləyir. Böyük ehtimalla ya 3, ya da 4-cü liqada oynayacağıq. Bunu hələ dəqiqləşdirməmişik. Çünki bu məsələ komandamızın büdcəsindən asılıdır. Hələlik komandanın heç bir rəsmi sponsoru yoxdur. Komanda hələ ki, öz gücünə qabağa gedir. Düzdür, bizə burdakı yerlilərimizdən də maddi dəstək olanlar var. Lakin çempionatda çıxış etmək üçün bundan daha çox vəsait lazımdır. İnanırıq ki, sponsor işi də düzələr və komandamız daha güclü liqada yer alar".


Xəbərə aid fotolar