Azərbaycanda maye qaz qıtlığı yaranıb SƏBƏB


Digərləri 19 İyl 2018 13:46:00 245 0

Azərbaycanda maye qaz qıtlığı yaranıb  SƏBƏB

Bir neçə gündür ki, ölkədə mavi qaz (propan) qıtlığı yaşanır. 

Son.az xəbər verir ki, bu barədə qafqazinfo-ya həm paytaxtdan, həm də rayonlardan çoxsaylı müraciətlər daxil olub. Onlar bildiriblər ki, yanacaqdoldurma məntəqələrində avtomobillərinə  vurdurmaq üçün qaz tapmırlar. Həmçinin məişətdə işlədilən qaz balonlarını da doldura bilmirlər.

Sayt məsələ ilə bağlı SOCAR-la əlaqə saxlayıb. SOCAR-dan bildirilib ki, problem onlarlıq deyil. Dövlət Neft Şirkəti yanacaqdoldurma məntəqələrini lazımi səviyyədə mavi qazla təmin edib.

Problemin səbəbini öyrənmək üçün Məişət Maye Qaz MMC ilə əlaqə saxladıq. Onlar məsələ barədə məlumatlı olduqlarını vurğuladılar.