Pasportunu saxtalaşdırıb Azər­­­­­­bay­cana daxil olmaq istəyən 8 əcnəbinin qarşısı alındı FOTO


Digərləri 19 İyl 2018 11:40:00 536 0

Pasportunu saxtalaşdırıb Azər­­­­­­bay­cana daxil olmaq istəyən 8 əcnəbinin qarşısı alındı  FOTO

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

DSX-dən Son.az-a verilən məlumata görə, 11 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Muba­rak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxta­laş­dırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yox­lamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunub.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstan­bul-Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdlü İran İslam Res­­pub­likası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxtalaşdırılması təsdiqini tapıb.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Mos­kva-Bakı reysi ilə uçub gələn 1990-cı il təvəllüdlü Özbəkistan vətən­da­şı İsmoilova Makhliyo Eson qızının, 16 iyul tarixində Moskva-Bakı reysi ilə uçub gələn 1982-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Saparov Lachin Kur­ba­noviçin, 1989-cu il təvəllüdlü Özbəkistan və­tən­daşı Karimov Ataybek Mirzaibrahi­moviçin və 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı Nasikovcka Sniz­hana Aleksandrovnanın pas­portları şübhə doğurub, laborator müayinə nəticəsində pasport­ların saxtalaş­dırl­ması müəyyən olunub.