Yol qəzalarında yararsız olmuş təhlükəsizlik sədləri təmir edilir - HANSI YOLDA?


Digərləri 19 İyl 2018 11:30:00 238 0

Yol qəzalarında yararsız olmuş təhlükəsizlik sədləri təmir edilir - HANSI YOLDA?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yararsız təhlükəsizlik sədlərinin təmiri işləri davam etdirilir.

Bakı. Samir Əli - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yararsız təhlükəsizlik sədlərinin təmiri işləri davam etdirilir. Agentlikdən Trend-ə verilən məlumata görə, həmin tədbirlər çərçivəsində, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 15-45-ci km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.