Badımcana, tütünə də ziyan vuran kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır (FOTO)


Digərləri 19 İyl 2018 10:21:16 262 0

Badımcana, tütünə də ziyan vuran kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır (FOTO)

Badımcana, tütünə də ziyan vuran kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır.

Bakı. Tovuz rayonunda kartof əkini sahələrində karantin zərərvericisi olan kartof güvəsinə (Phthorimaea operculella Zell.) qarşı kimyəvi mübarizə tədbirləri davam edir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Fitosanitar Xidmətinin Tovuz rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini sahibkar Kamal Ələsgərova məxsus 60 hektar və Aşağı Quşçu kənd sakini fermer Şamil Əliyevə məxsus 5 hektar kartof sahələrində kartof güvəsinə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən mübarizə tədbirlərində Asetisuper preparatından (0,2 kq/1 ha) istifadə edilib. Qeyd edək ki, Tovuz rayonu BMM-nin mütəxəssisləri kartof güvəsinə qarşı aparılan mübarizə çərçivəsində kartof yığımı başlanmış sahələrdə monitorinqlər keçiriblər. Monitorinq zamanı müəyyən olunub ki, fermerlər yığılan məhsulu açıq sahələrdə toplanmış vəziyyətdə yığaraq saxlayır və üstünü də sahədən çalınmış bitki qalıqları ilə qarışıq ot və taxıl sahələrindən çalınmış küləşlə örtürlər ki, bu da adıçəkilən zərərvericinin daha geniş yayılmasına əlverişli şərait yaradır. Mütəxəssislər məhsulun bu qaydada saxlanılmasının yolverilməz olduğunu söyləyərək müvafiq tövsiyələr veriblər. Fermerlər isə bu tövsiyələrə əməl etməyərək məhsulu açıq sahədə saxlamaqda davam edirlər. Hazırda Tovuz rayonu ərazisində kartof güvəsinə qarşı kimyəvi mübarizə işləri davam etdirilir.