Qanunsuz ov edən şəxslər saxlanılıb


Digərləri 19 İyl 2018 09:45:35 236 0

Qanunsuz ov edən şəxslər saxlanılıb

“Ovçuluq haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reyd keçirilir.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reyd keçirilir. Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən reyd zamanı Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ova cəhd edən Masallı rayon sakini Şahmar Kərimov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 6 ədəd patron götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və 1000 manat məbləğində cərimə tətbiq olunub.