Eniş etdikdən sonra, qanadlarını çıxarıb, qatar kimi hərəkəti davam etdirir VİDEO


Dünya 19 İyl 2018 09:39:00 244 0

Eniş etdikdən sonra, qanadlarını çıxarıb, qatar kimi hərəkəti davam etdirir  VİDEO

Fransanın "Akka Techonologies" şirkəti təyyarə və qatarın hibridi layihəsini təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Link&Fly" adlı yeni layihənin videosu şirkətin "Youtube" kanalında yerləşdirilib.

"Link&Fly", videodan göründüyü kimi, eniş zamanı qanadlarını çıxarır və yolunu qatar kimi davam etdirə bilir.

Ölçülərinə görə, təyyarə "Airbus A320" ilə müqaisə oluna bilər: qanadların eni 49 metr, təyyarənin uzunluğu 34 metr, hündürlüyü isə 8 metrdir. Uçuş apparatı 160 sərnişin daşımaq imkanına malikdir.