“iPhone” və “iPad”da daha 70 yeni emodzi olacaq


Digərləri 19 İyl 2018 08:55:00 323 0

“iPhone” və “iPad”da daha 70 yeni emodzi olacaq

ABŞ-ın "Apple" şirkəti bəyan edib ki, "iPhone", "iPad" cihazlarının və digər məhsulların istifadəçiləri proqram təminatı yenilənəndən sonra 70 yeni emodzidən istifadə biləcəklər.

Son.az lent.az-a istinadən xəbər verir ki, yeni emodzilərin cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Şirkətin mətbuat xidmətindən bildiriblər ki, hazırda yeni emodzilərin yaradılması üzərində iş aparılır. Bu emodzilər bu ilin sonuna qədər "iPhone", "iPad", "Apple Watch" və "Mac" istifadəçiləri üçün əlçatan olacaq.