Günün qoroskopu: neqativ hisslər sizi çulğamasın


Digərləri 19 İyl 2018 00:01:00 332 0

Günün qoroskopu: neqativ hisslər sizi çulğamasın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısında ifrat səmimiyyət zərərinizə ola bilər. Münasibətlərdə birmənalı olmayan ifadələr işlətməyin, diqqətli olun, hiyləgərliyə əl atmayın. Bəzi şanslar və imkanları itirə bilərsiniz. Məsələn, məqsədə çatmaq üçün məkr, intriqa yararlı vasitə deyil.

Günün ikinci yarısında mövcud situasiyaya uyğunlaşmağa çalışsanız ciddi uğurlar əldə edə bilərsiniz. Maliyyə məsələlərində məntiqli davranın. Xərcləriniz ifrata varmamalı, normal olmalıdır.

Buğa - yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz.

Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Əkizlər - sirlərinizi bölüşməyə, niyyətinizi yaxın ətrafınızdakı insanlara söyləməyə tələsməyin. Tənqidə adekvat reaksiya verin. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Rəhbərliyi qəzəbləndirəcək addımlar atmayın.

Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin.

Axşam saatlarında stressdən qurtulun.

Xərçəng - günün ilk yarısından etibarən tələsmədən fəaliyyət göstərin. Çox vaxt və böyük enerji tələb edən işlərin bir qismini ertələmək olar. Əsas məsələ mənəvi rahatlıqdır. Yaradıcılıqla məşğul olmaq, yaranan problemləri çözmək olar. Yaxınlarınızın qeydinə qalın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanın təkliflərini diqqətlə dinləyin. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın.

Maraqlarınızı kimsəyə qurban verməyin.

Sayıq olun.  

Şir - günün ilk yarısında kənar şəxslərin həyatınıza kobud müdaxiləsinə imkan verməyin. Evdə qalmayın, fəaliyyətinizi genişləndirin. Məişət və təsərrüfat problemlərini sürətlə nizamlayın. Süst, ətalətli olmayın.

Günün ikinci yarısında dostlarla, tərəfdaşlarla, şəriklərlə görşün. Sizi maraqlandıran məsələlərdən biri ilə bağlı onlar yaxşı məsləhət verə bilərlər. İzafi dərəcədə inadkar, aqressiv olmayın. Əks halda ailə üzvlərindən biri ilə münaqişə istisna deyil.

Qız - emosiyalar, hisslər, duyğular bu gün düşməninizə çevriləcək. Ən ağır situasiyada, ən çətin vəziyyətdə soyuqqanlı davranın. Sizi narahat edən məsələlərdən birini etibar etdiyiniz insanla nəzərdən keçirmək olar. Yardım təkliflərini rədd etməyin. Dəyər verdiyiniz şəxs sizi dəstəkləyəcək.

Günün ikinci yarısında yollarla maksimum dərəcədə ehtiyatlı olun. Nasazlıq, cərimə istisna deyil. Uzaq yola yaxşı hazırlaşmamış çıxmayın. Maddi durumunuza tam nəzarət edin.

Axşam saatlarında normal istirahət edin.